“Qarabağda nə hiss edirdiksə...” - Ərdoğan


00:28     27 Noyabr 2015 cumhurbaşkani-erdoğan-yeni-süreç-için-düğmeye-basacak.jpg

Suriyada ölən hər günahsız uşağın, insanın ağrısını ürəyimizdə hiss edirik. Daha əvvəl Bosniyada, Qarabağda nə hiss edirdiksə, Suriya üçün də eyni şeyi hiss edirik.


Femida.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyənin İŞİD-dən neft alması barədə iddialara cavab verib:

“Yaxın Şərq başqaları üçün bataqlıq ola bilər. Lakin ora min illik parçamızdır. İŞİD-dən istifadə edərək, Yaxın Şərqin xəritəsini yenidən dizayn etmək istəyənlərin gerçək üzünü gördük. Türkiyədən başqa ciddi şəkildə İŞİD-lə mübarizə aparan ölkə yoxdur. İŞİD-dən ən çox zərər görən bizik. Türkiyə İŞİD-dən neft alır deyənlərə haram olsun. Türkiyənin neft-qazını aldığı yer bəllidir. İŞİD-in çıxardığı nefti Bəşər Əsəd satır. İŞİD-in ən böyük dəstəkçisi Əsəddir”.

Ərdoğan “qırıcı qalmaqalı”na da münasibət bildirib:

“Biz hadisələr başlayandan bəri çox çalışdıq ki, kimsə ölməsin. Rusiyanın açıqlamalarını kədərlə izləyirik. Rusiya bizim strateji tərəfdaşımızdır. Bölgədə yeni qarşıdurmaların baş verməsini istəmirik. Lakin sərhədlərimiz bu gün də pozulsaydı, eyni qarşılığı verərdik”.

Açar sözlər:

Oxunub: 1093