Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb


09:24     25 Yanvar 2020 20_01_25_1579929928.jpg

Şəkidə qəfil ölən şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb.


Femida.az -ın məlumatına görə, hadisə bu gecə saat 02 radələrində Şəki şəhəri Noxabi 14 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1982-ci il təvəllüdlü Yusif Yaşar oğlu Əliyev qəfildən ölüb.


İlkin araşdırma zamanı Y. Əliyevin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Meyit müayinə edilmək üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 398