İki mərtəbəli qatarlar gəlir - Fotolar


21:12     21 May 2015 2526f37a2a805558bc4ad0c3f1b106359.jpg

MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının Minskdə keçirilən 62-ci iclasında iştirak edən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin “Stadler Minsk” zavodunda olub.


“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən Femida.az-a bildirilib ki, “Stadler Rail Group” şirkətinin baş direktoru Peter Şpuler zavodun fəaliyyəti haqqında ətraflı məlumat verib.

“Stadler Minsk” zavodu MDB məkanında mövcud olan geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. İllik istehsal gücü 120 vaqondur. Artıq zavodda “Aeroekspress” dəmir yolu operatoru üçün 25 ikimərtəbəli qatar istehsal olunub ki, ilk bu tip ekspress qatar bu yaxınlarda Moskvada xəttə buraxılıb. “Stadler Minsk” zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunacaq.

Sonra C. Qurbanov “Stadler Minsk” zavodunda "Azərbaycan Dəmir Yolları" üçün istehsal olunan KİSS markalı ikimərtəbəli elektrik qatarına baxış keçirib. Mayın 24-də ikimərtəbəli elektrik qatarı yola salınacaq, iyunun 2-də Azərbaycana çatacaq.

Xatırladaq ki, dəmir yolu nəqliyyat sisteminin modernləşdirilməsi üzrə “Azərbaycan Dəmir Yolları” QSC ilə “Stadler Rail Group” şirkəti arasında artıq uzun müddətdir ki, danışıqlar aparılır. 13 may 2015-ci ildə Bakıda keçirilən “2015 TransCaspian” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində “Stadler Rail Group” şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarınin alınması üzrə saziş imzalanıb. Bu elektrik qatarları ilkin mərhələdə Birinci Avropa Oyunları zamanı Bakı Sərnişin Stansiyası və “Koroğlu” metrostansiyası, Avropa Oyunlarından sonra isə əsaslı təmir edilən Bakı-Xırdalan- Sumqayıt marşrutunda xəttə buraxılacaq.

Açar sözlər:

Oxunub: 928