BDU tələbələri Hüquqi Yardım və Tədris Mərkəzində olublar
10:40 25 Yanvar 2020
Yanvarın 24-də Bakı Dövlət Universitetinin hüquq fakültəsinin 60-dan artıq tələbəsi tanışlıq məqsədilə Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzini ziyarət ediblər.
Femida.az xəbər verir ki, tələbələr yeni açılmış Mərkəzin fəaliyyəti ilə Mərkəzin direktoru, vəkil Şahmar Məmmədov tərəfindən tanış edilib, xüsusilə yeni nəsil vəkillərin vətəndaşların hüquqi yardım çatımlılığındakı əvəzsiz rolları barədə məlumat verilib, gələcəkdə tələbələrin vəkil peşəsini seçmələrinə sövq edilməsi üçün onların mərkəzdə təcrübə keçmə imkanları müzakirə edilib.
Daha sonra Mərkəzin tədris məsələləri üzrə koordinatoru, hüquq elmləri doktoru, vəkil Mayis Əliyev tərəfindən gənc hüquqşünasların təcrübi bilikləri ilə bərabər nəzəri biliklərinin artırılması üçün Mərkəzin imkanlarından istifadə etmək üçün münbit şəraitin olması qeyd olunub.
Görüş zaman 10-dan çox tələbə Mərkəzdə könüllü olaraq işləmək istəkləri barədə niyyətlərini bildirib və onların yaxın günlərdə Mərkəzdə fəaliyyətə başlamalarına razılıq bildirilib.
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən bu kimi qarşılıqlı faydalı görüşlərin respublikamızın digər ali təhsil müəssisələrinin hüquq fakültələrinin tələbələri ilə də keçirilməsi nəzərdə tutulub.
Femida.az
Oxunub: 2532
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Şəhid və şəhid ailəsi üzvləri kimlərdir? - Hüquqi yardım
- "Tərtər işi" ilə bağlı hüquqşünas da saxlanıldı
- Bu şəxslərin sürücülük hüququ əlindən alınacaq
- Ukrayna rəsmisi: "2029-cu ildə Aİ-yə tamhüquqlu üzv olacağımıza ümid edirik"
- Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxs yaradılır
- Rusiyada çalışan Azərbaycan vətəndaşlarının pensiya hüququ tanınacaq
- Rusiyanın BMT-nin İnsan Hüquqları Şurasındakı üzvlüyü dayandırılıb
- “Almaniya vizası” adı ilə vətəndaşları aldadan kimdir – ŞİKAYƏT
- ƏDV-dən azad olunan publik hüquqi şəxslərin sayı artırılıb