“Fars körfəzinin timsahı” ləqəbli narkobaron edam olunub


14:50     25 Yanvar 2020 20_01_25_1579938687.jpg

İranda “Fars körfəzinin timsahı” ləqəbli narkobaron və onun yaxın adamı edam olunub.


Femida.az -ın məlumatına görə, bu barədə İranın Hörmüzqan əyalətinin prokurorluğu məlumat yayıb.

Bildirilib ki, “Fars körfəzinin timsahı” ləqəbli Ə. Z. və onun yaxın adamı M.H. bu gün edam olunublar.

Bundan başqa, onların rəhbərlik etdiyi dəstənin digər 18 nəfər üzvü ümumilikdə 420 il müddətinə azadlıqdan məhrum ediliblər.

“Fars körfəzinin timsahı” ləqəbli narkobaron Pakistan, Əfqanıstan və Fars körfəzi ölkələrində narkotik ticarəti ilə məşğul olub.

Açar sözlər:

Oxunub: 587


Oxşar xəbərlər