İsmayıllıda evdən oğurluq edən şəxs saxlanılıb
17:35 25 Yanvar 2020
İsmayıllı rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.
Bu barədə Femida.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən şəhər sakini evindən özünün olmadığı müddətdə oğurluq olması barədə məlumat verib. Polis əməkdaşları hadisə yerinə baxış keçirib. Zərərçəkmişə məxsus evdən mirvari boyunbağının, qol saatının və digər əşyaların oğurlandığı müəyyən edilib.
İsmaıllı Rayon Polis Şöbəsi və Kriminalistik Tədqiqatlar İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər də oğurluğa görə məhkum olunmuş rayon sakini Samir Əsədli olduğu müəyyən olunub. O, şübhəli şəxs qismində saxlanılıb. Oğurladığı əşyaların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı RPŞ-nin İstintaq Bölməsində S.Əsədli barəsində cinayət işi başlanılıb, istintaq aparılır.
Oxunub: 875
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb