Bakıda evdən 5000 manatlıq qızıl oğurlanıb


12:37     25 Yanvar 2020 qizil1.jpg


Bakının Binə qəsəbəsində evdən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.


Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, bununla bağlı Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Həsən Hüseynov və Əli Əmirxanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 588