Lənkəranda 35 yaşlı qadın itkin düşüb


15:50     25 Yanvar 2020 itkin%20qız.jpg

Lənkəran rayonunda 35 yaşlı qadın itkin düşüb.


Femida.az -ın xəbərinə görə, hadisə yanvarın 18-də rayonun Xarxan kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini, 1985-cü il təvəllüdlü Gümayə Məmmədova yaşadığı evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmayıb.

Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 682