Dağlıq Qarabağda erməni əsgər intihara cəhd edib
17:09 25 Yanvar 2020
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Ermənistan əsgərlərinin iştirakı ilə növbəti insident baş verib.
Femida.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 24-də təqribən saat 06:55 radələrində hələlik müəyyən olunmayan şəraitdə iki sıravi əsgər güllə yarası alıb.
Məsələyə aydınlıq gətirən Ermənistanın müdafiə naziri David Tonoyan əsgərlərdən birinin - 2001-ci il təvəllüdlü Henri-Hayk Zakaryanın öz-özünü vurduğunu, başqa sözlə, intihara cəhd etdiyini vurğulayıb. O əlavə edib ki, Zakaryan başından, 2000-ci il təvəllüdlü Armen Mesropyan isə sağ əlindən güllə yarası: “Zakaryanın durumu ağırdır. O, Yerevana göndəriləcək”.
Faktla bağlı cinayət işi başlanıb.
Femida.az
Oxunub: 751
Oxşar xəbərlər
- Dağlıq ərazilərdə yağıntılı hava şəraiti martın 24-dək davam edəcək, qar yağacaq
- Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin
- Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
- Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
- Dağlıq ərazidə yanğın başlayıb
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT
- Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı