Keçmiş məhkumdan narkotik vasitə götürülüb


18:04     25 Yanvar 2020 2020/01/15799-1579955396_1579958785.jpg

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 54 yaşlı Mais Məmmədovu həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, polis şöbəsində M.Məmmədovun üzərində axtarış aparılan zaman polietilen torbada 265 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində təhqiqat aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 559