Zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələr Naxçıvana aparılır
18:32 25 Yanvar 2020
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə zəlzələ zonasında təhsil alan azərbaycanlı tələbələrin təxliyəsinə başlanılıb”.
Femida.az xəbər verir ki, bunu APA-ya Azərbaycanın Türkiyədəki səfirliyinin ikinci katibi Mürşüd Məmmədov deyib. Onun sözlərinə görə, Elazığ və Malatyada təhsil alan Azərbaycan vətəndaşları olan tələbələr məlumatlandırılıb və onların təxliyəsi üçün avtobuslar ayrılıb.
M. Məmmədov bildirib ki, yalnız tələbələr deyil, zəlzələ ərazisində yaşayan digər Azərbaycan vətəndaşları da bu avtobusların xidmətindən istifadə edə biləcək: “Hazırda bir avtobus Elazığa yaxınlaşmaqdadır. Tələbələr Malatya və Elazığdan Naxçıvana aparılacaq. Sənədləri qaydasında olmayan vətəndaşlarımıza Qars Baş Konsulluğu tərəfindən yardım göstəriləcək”.
M. Məmmədov vurğulayıb ki, tələbələr arasında zəlzələdən zərərçəkən olmayıb və tələbələrin geri qayıtması Türkiyə dövlətinin müvafiq məlumatından sonra mümkün olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.
Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub. Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb. Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.
Femida.az
Oxunub: 816
Oxşar xəbərlər
- Zəlzələdən 5 saat sonra 12 yaşlı uşaq xilas edildi - Video
- Zəlzələnin nəticələrinin aradan qaldırılmasına həsr olunmuş toplantı keçirilib
- Zəlzələnin ziyan vurduğu evlərin yekun statistikası
- Zəlzələnin gətirdiyi psixoloji sarsıntı - Uşaqları necə qoruyaq?
- Zəlzələdən zərərçəkənlərə sığorta ödənişləri nə zaman veriləcək?
- Zəlzələ nəticəsində beyninə qan sızan kişidən xəbər var
- Zəlzələdə əmlakına zərər dəyənlər – ÖDƏNİŞ ALA BİLƏRSİZ
- Zəlzələ Şamaxını qazsız qoydu
- Zəlzələ Ağsuya nə qədər ziyan vurdu? - İcra başçısı açıqladı
- Zəlzələdən sonra Şamaxıda şok görüntülər + VİDEO