Bakıda iki avtomobil oğurlanıb


18:56     25 Yanvar 2020 qaraj%20meyit%20masinda.jpg

Bakıda avtomobil oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V. Bağırova məxsus “TOFAŞ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Qurbanov saxlanılıb.

Bundan başqa, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ. Tinatiyevə məxsus “VAZ-2107” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini N. Stepanov saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 553