Polis bir neçə cinayətin üstünü açdı


19:19     25 Yanvar 2020 polis_478756754646.jpg

Yanvarın 19-da 28 May küçəsindəki mağazaların birindən noutbuk oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini, əvvəllər məhkum olunmuş C.Kərimov Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onunla bağlı aparılmış tədbirlərlə həmin şəxsin daha bir mağazadan noutbuk oğurlaması müəyyənləşdirilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, paytaxt sakini E.Sadıqovun 1000 manat pulunu oğurlamaqda şübhəli bilinən Mingəçevir sakini E.İsmayılov Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən tutulub.

Bakı şəhər sakini R.Hüseynovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini D.Rüstəmzadəni isə Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları yaxalayıblar.

Faktlarla bağlı araşdırmalar davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 583