Putin Ərdoğana başsağlığı verib


19:56     25 Yanvar 2020 putin94.jpg

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Femida.az xəbər verir ki, Putin Elazığ vilayətində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatına görə Türkiyə xalqının kədərini bölüşdüyünü vurğulayıb.

“Rusiya xalqı zəlzələdə ailələrini və yaxınlarını itirənlərin acısını və kədərini bölüşür, xəsarət alanların hamısının tezliklə sağalacağına ümid edir”, - deyə Kremlin yaydığı məlumatda qeyd olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 804