Bakıda fəhlə hündürlükdən yıxılaraq ağır xəsarət alıb


09:12     26 Yanvar 2020 fehle.jpg

Bakıda fəhlə tikinti zamanı ağır xəsarət alıb

Femida.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, 1994-cü il təvəllüdlü Elxan Quliyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub. E.Quliyevin vəziyyəti ağır olduğundan o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 925