Şabranda meşədə azan 3 gənc xilas edildi


10:45     26 Yanvar 2020 2020/01/40371-1580018601_1580021213.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şabran rayonu, Zeyvə kəndi yaxınlığında, meşəlik ərazidə 3 nəfərin azaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Femida.az xəbər verir ki, dərhal nazirliyin Şimal Regional Mərkəzinin və Dövlət Yanğın Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri qeyd edilən əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Yusifli Natiq Namiq oğlu, 1994-cü il təvəllüdlü Tərlanov Tərxan Fazil oğlu və 1994-cü il təvəllüdlü Məmmədli Şəms Şamil qızı mürəkkəb relyefli çətin keçilən ərazidən tapılaraq xilas olunub və aidiyyəti üzrə təhvil veriliblər.

Femida.az

Açar sözlər:

Oxunub: 653