AZAL: Tələbələr xüsusi reyslə Bakıya çatdırılacaq


10:53     26 Yanvar 2020 azal%20(4).jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə baş verən zəlzələ bölgəsində təhsil alan azərbaycanlı tələbələrin təxliyəsi üçün tədbirlər görülür.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avtobusla Naxçıvana gətirildikdən sonra tələbələr “Azərbaycan Hava Yolları” tərəfindən xüsusi reyslə Bakıya çatdırılacaq. Təxliyə olunmuş tələbələrin sayının 80 nəfər olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 557