FHN İsmayıllıda baş verən qəza ilə bağlı məlumat yaydı


12:12     26 Yanvar 2020 2019/12/fhn_yeni_1577268014.jpg

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu və “VAZ” markalı minik avtomobili toqquşması barədə məlumat daxil olub.


Femida.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “VAZ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 725