İsmayıllıda avtobus qəzasında ölənlərin sayı 3-ə çatdı
12:54 26 Yanvar 2020
Tibbi Ərazi Bölmələrinin İdarə Birliyi (TƏBİB) İsmayıllıdakı qəza ilə bağlı məlumat yayıb.
Birlikdən Femida.az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlardan daha bir nəfər dünyasını dəyişib: "Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri normaldır".
Xatırladaq ki, bu gün səhər saatlarında İsmayıllı rayonunda Bakıdan Qəbələyə gedən avtobus qəzaya uğrayıb.
Femida.az
Oxunub: 817
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb