Türkiyədə zəlzələdə ölənlərin sayı 35 nəfərə çatıb


13:21     26 Yanvar 2020 20_01_26_1580030592.jpg

Türkiyənin şərqində baş vermiş zəlzələ zamanı ölənlərin sayı 35 nəfərə çatıb.

Femida.az-ın məlumatına görə, bu barədə NTV telekanalı xəbər verib.

Telekanal qeyd edib ki, Elazığda yaşayış binasının dağıntıları altından daha 2 nəfərin meyiti çıxarılıb. Xilasedicilər dağıntılar altından 45 nəfəri sağ çıxarıblar. Təbii hadisə zamanı həmçinin 1607 nəfər xəsarət alıb.

Daha əvvəl zəlzələ zamanı 31 nəfərin həlak olduğu, 1466 nəfərin xəsarət aldığı bildirilirdi.

Türkiyədə 6,8 bal gücündə zəlzələ cümə günü, Bakı vaxtı ilə saat 21:55-də baş verib. Zəlzələdən sonra 228 yeraltı təkan qeydə alınıb.

Femida.az

Açar sözlər:

Oxunub: 706