Bakıda dəm qazından kütləvi şəkildə zəhərlənmə halı baş verməyib


14:34     26 Yanvar 2020 klinika.jpg

Yanvarın 25-i gecə saatlarında sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın kütləvi qazdan zəhərlənməsi barədə xəbər yayımlanıb.

Femida.az-ın xəbərinə görə, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs və “Azəriqaz” İstehsalat Birliyinin birgə yaydığı məlumatda bildirilir ki, daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə getmək çağırışları edilib.

Birgə məlumatda qeyd edilir ki, yayılan xəbərlər həqiqətə uyğun deyil, 25 yanvar 2020-ci il tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə halı baş verməyib: “Video materialdakı kadrlar isə ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur. Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in 103 qaynar xətti, “Azəriqaz” İB-nin isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur”.

Femida.az

Açar sözlər:

Oxunub: 740