Azərbaycanlı tələbələrin Türkiyədən təxliyyəsi başa çatıb


14:50     26 Yanvar 2020 turkiye0.jpg

Türkiyədə zəlzələ zonasında təhsil alan tələbələrimizin və digər Azərbaycan vətəndaşlarının təxliyyəsi başa çatıb.

Azərbaycanın Türkiyədəki Səfirliyindən verilən məlumata görə, bu gün zəlzələ zonası Elazığ və Malatyadan yola salınan üçüncü avtobus da artıq Sədərək gömrük-keçid məntəqəsindən Naxçıvana keçib.

Təxliyyə olunan vətəndaşlarımız Naxçıvana aeroportindan xüsusi təyyarə ilə Bakıya yola salınacaqlar.

REKLAM

Daha ətraflı

Azərbaycanın Qars Baş Konsulluğundan bildirilib ki, bu gün səhər saatlarında 3 avtobus İğdırda konsulluq əməkdaşları tərəfindən qarşılanıb və Naxçıvan sərhədinə yola salınıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyədə azərbaycanlı tələbələrin zəlzələ zonasından təxliyəsi ilə bağlı tapşırıq verib. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 780