İsmayıllı-Qəbələ yolundakı dəhşətli qəzanın görüntüləri — VİDEO


17:47     26 Yanvar 2020 20_01_26_1580046533.jpg

İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bizlan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.
Hadisə zamanı üç nəfər ölüb, 15-ə yaxın yaralı var.

Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub.

Açar sözlər:

Oxunub: 953


Oxşar xəbərlər