İraqda polisə toqquşmalar zamanı 12 aksiyaçı ölüb


19:58     26 Yanvar 2020 20_01_26_1580050808.jpg

Son iki gündə İraqda hökumət əleyhinə keçirilən aksiyalarda təhlükəsizlik qüvvələri ilə toqquşmalar zamanı ən azı 12 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Bağdad və cənub əyalətlərindəki şəhərlərdə polislə toqquşmalar nəticəsində 230 aksiyaçı da yaralanıb.

Xatırladaq ki, İraqda hökumət əleyhinə aksiyalar keçən ilin oktyabr ayından başlayıb.

Açar sözlər:

Oxunub: 753