Gəncədə gözəllik salonu yanır


09:52     27 Yanvar 2020 yangin_38673636.jpg

Gəncə şəhərində gözəllik salonu yanır.


Femida.az-ın məlumatına görə, yanğın Gəncə şəhər Nizami Gəncəvi prospekti ərazisində, Zabitlər evinin yaxnlığında yerləşən gözəllik salonlarının birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Hadisə zamanı xəsarət alan olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 671