Azərbaycan XİN: Nasizmin təbliği yolverilməzdir


11:12     27 Yanvar 2020 xin.jpg

“Bu gün bəşər tarixinin ən qaranlıq səhifələrindən biri olan Holokostun anım günüdür. Azərbaycan dini etiqadına və ya etnik mənsubiyyətinə görə insanlara qarşı zorakılığı qətiyyətlə pisləyir”.



Femida.az -ın xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bəşəriyyətə qarşı cinayətlər, soyqırımı aktları və nasizmin təbliği yolverilməzdir”, - deyə qeyd olunub.

Açar sözlər:

Oxunub: 472