MSK sədri: “Həmin namizədlərin adının üstündən xətt çəkiləcək”


11:13     27 Yanvar 2020 2020/01/959f4fcc-26d3-473a-b935-8b95cd2685a1_1580109322.jpg

“Hansısa namizəd seçki bülletenləri çap olunana qədər mübarizəni dayandırsa, imkan tapsaq, namizədin adını bülletendən çıxaracağıq”.


Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, əgər namizədin adı seçki bülletenindən çıxarılmasa, yerlərdə Seçki Məcəlləsinin tələbinə görə, namizədin adının üstündən xətt çəkiləcək:

“Biz hər zaman çalışırıq ki, deputatlığa namizədliyini geri götürən şəxslərin adları heç seçki bülleteninə düşməsin”.

Femida.az

Açar sözlər: #MSK   #seçki  

Oxunub: 712