Nazir təhsil sahəsindəki korrupsiya faktlarını açıqladı
13:11 27 Yanvar 2020
"Ötən il 10 məktəb rəhbəri, direktor və direktor müavinlərinin müqavilələrinə xitam verilib, işdən kənarlaşdırılıb".
Femida.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, ötən il korrupsiya faktlarına görə 6 rayon təhsil şöbəsinin rəhbərinin müqavilələrinə xitam verilib.
O qeyd edib ki, həmin dövrdə 10 rayon təhsil şöbəsinin əməkdaşına, 3 ərazi maliyyə-hesablaşma mərkəzinin rəhbərinə inzibati tədbirlər təqdim edilib:
"Bir sıra təhsil müəssisələrində ciddi faktların olması nəticəsində 7 halda materiallar hüquq-mühafizə orqanlarına hüquqi qiymət verilməsi üçün təqdim edilib".
Nazir qeyd edib ki, müqavilələrinin müddəti son çatan 80 nəfər məktəb rəhbəri davamlı olaraq aşağı nəticələr göstərdiyi və məktəbi idarəetmədə bir sıra pozuntulara yol verdikləri üçün növbəti dəfə müqavilələrinin uzadılmaması barədə qərar qəbul edilib:
"Əfsuslar olsun ki, bu istiqamətdə hələ də pozuntular olan hallarla rastlaşırıq. Belə olan təqdirdə bu il də belə hallar olacaqsa, Təhsil Nazirliyi tərəfindən sərt formada ciddi reaksiya veriləcək".
Femida.az
Oxunub: 979
Oxşar xəbərlər
- Vətəndaşdan rüşvət alan məmurların cinayət işinin ibtidai istintaqı yekunlaşıb
- Erməni deputat polislərin rüşvətxorluğundan şikayətlənib
- Azərbaycanda vətəndaşı rüşvət verməyə təhrik edən şəxs həbs olunub
- Kürdəmirin sabiq icra başçısının rüşvət aldığı epizodların bəziləri məlum olub - SİYAHI
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Şirkət rəhbəri: “Vilyam Hacıyevə 1 milyondan artıq rüşvət vermişəm”
- Azərbaycanda sabiq dekan müavini rüşvətə görə həbs edilib
- Sahibkar: "Tikinti üçün Vilyam Hacıyevə 2 min manat rüşvət verdim"
- DSMF-nin rüşvətə görə tutulan vəzifəli şəxsinə 9 il 6 ay həbs cəzası verilib
- Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verilib