Axtarışda olan qadın tutulub


13:25     27 Yanvar 2020 20_01_27_1580117179.jpg

Mingəçecirdə oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Mingəçevir Şəhər Polis Şöbəsinə yanvarın 7-də şəhər ərazisində xətt avtobusunda Bakı şəhər sakini T.Cəfərovanın içərisində 2180 manat olan çantasının oğurlanması barədə məlumat daxil olub.

Mingəçevir ŞPŞ və Yevlax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş S.Həsənova Yevlax şəhərinin ərazisində saxlanılıb.



Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Açar sözlər:

Oxunub: 569