Sumqayıtda mənzildə kişi meyiti tapılıb


13:41     27 Yanvar 2020 20_01_27_1580118114.jpg

Sumqayıtda mənzildə meyit tapılıb.



Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Xəbərə görə, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Yejov Aleksey Oleqoviçin meyitini aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 572