Aynur Sofiyeva Naftalanda vətəndaşları qəbul edib


15:37     27 Yanvar 2020 20_01_27_1580125133.jpg


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir.

Femida.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva 2020-ci il 27 yanvar tarixində saat 12:00-da Naftalan şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

Qəbulda Naftalan, Mingəçevir, Yevlax, Goranboy, Xocalı rayon vətəndaşlarının ərizə, təklif və müraciətlərinə baxılıb.



Görüş çərçivəsində Naftalan şəhərində qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalma və digər mövzular üzrə müzakirələr edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 534