Ağsuda türistləri qəzaya salan sürücü saxlanıldı
15:42 27 Yanvar 2020
Daxili İşlər Nazirliyi (DİN) turistlərin yol qəzasına düşməsində təqsirləndirilən sürücünün saxlanılması barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvarın 26-da saat 10 radələrində Ağsu rayonunun Nüydü kəndi ərazisində Şəki rayon sakini İlham Quliyevin idarə etdiyi “VAZ-2106” və Gürcüstan vətəndaşı R.Ramazanovun idarə etdiyi “Mercedes” markalı avtobus toqquşduqdan sonra sərnişin avtobusu aşıb.
Nəticədə İ.Quliyev və sərnişinlərindən arvadı İlahə hadisə yerində ölüb, azyaşlı qızı Aysu və oğlu, habelə R.Ramazanovun 3 sərnişini xəstəxanaya yerləşdirib. Xəsarət alan Aysu xəstəxanada ölüb.
Avtobusun sürücüsü R.Ramazanov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşən sərnişin avtobusu turist daşıyırmış.
Femida.az
Oxunub: 559
Oxşar xəbərlər
- Ağsuda 59 yaşlı qadın itkin düşüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda fermada çoban qardaşını bıçaqlayıb
- Ağsuda keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik vasitə aşkarlanıb
- Ağsuda 65 yaşlı kişini avtomobil vurub
- Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var
- Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb
- Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb