Ombudsman Aparatının əməkdaşları AXCP fəalı ilə görüşüb
16:14 27 Yanvar 2020
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlama Mərkəzinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
Bu barədə Femida.az-a Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.
BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmənin məqsədimüəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, habelə daxil olmuş müraciətlərin araşdırılması, inzibati həbs olunanların hüquqlarının təmin olunması, sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
MPQ üzvləri tərəfindən müəssisədə saxlanma şəraiti, tibbi yardımın təşkili, qidalanma, habelə görüş, telefon danışığı, sovqat qəbulu, gəzinti ilə bağlı hüquqların təmini vəziyyəti və sənədləşmə araşdırılıb, bir sıra müraciətlər yerində təmin olunub.
MPQ-nin həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı rəftar məsələlərinin araşdırılması ilə bağlı burada saxlanılan bir sıra şəxslər, o cümlədən Zamin Salayev (AXP fəalı - red.) qəbul edilərək konfidensial qaydada dinlənilib, şikayəti qəbul olunub. Z.Salayev DİN-nin Hospitalında tibbi müayinələrdən keçirilib, ailə üzvü ilə görüşü təmin edilib. Müəssisədə onun hüquqlarının həyata keçirilməsi ilə bağlı çətinlik yoxdur.
Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla milli və beynəlxalq qanunvericilik əsasında hüquqi maarifləndirici söhbət aparılıb, müvafiq tövsiyələr verilib.
Başçəkmənin yekunu və qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub.
Oxunub: 726
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub