Bakı polisi əməliyyat keçirib -Saxlanılanlar var


16:34     27 Yanvar 2020 2020/01/2bc3cf94-53be-4aef-b590-cac5b4c0c985_1580128540.jpg


Bakıda evlərdən oğurluq edilib.


Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsi (PB) və Nəsimi RPİ 21-ci PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 24-də Nəsimi rayonu ərazisindəki evlərin birindən 250 manat, 250 ABŞ dolları və 1000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Sabirabad rayon sakini P.Quliyev saxlanılıblar.

T.Cəfərovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qax rayon sakini S.Mürsəlov və digər bir nəfərlə birgə Binəqədi rayonu ərazisindəki bir evdən televizor oğurlaması da müəyyən edilib.

Davam etdirilən tədbirlərlə S.Mürsəlov da saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 491