BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarılıb


17:14     27 Yanvar 2020 BDU%20teze%20korpus7.jpg

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.


Femida.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektoru Cəfər Eyvazov vəzifələrindən azad olunub.

BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.

Bundan başqa, BDU-nun Biologiya kafedrasının dekanı Əməkdar elm xadimi, professor Akif Quliyev işdən çıxarılıb.

Femida.az

Açar sözlər: #BDU  

Oxunub: 728