Beynəlxalq müşahidəçilərin sayı açıqlandı


17:28     27 Yanvar 2020 publika.az1442908166secki-vote-election.jpeg

Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkilərində indiyə qədər 409 beynəlxalq müşahidəçi akreditasiyadan keçib.

Femida.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, müşahidəçilərin akreditasiyası davam edir və bu rəqəm artacaq.

Sədrin sözlərinə görə, artıq 55 492 yerli müşahidəçi akreditasiyadan keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 753