Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
18:13 27 Yanvar 2020
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar indiyə qədər 54 min 292 yerli müşahidəçi qeydiyyatdan keçib.
Femida.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
MSK sədri bildirib ki, onlardan dairə seçki komissiyalarında 52 min 858 nəfər akkreditasiyadan keçib.
M.Pənahov bildirib ki, proses davam edir.
Oxunub: 847