Gəncədə qadını vurub qaçan sürücünün məhkəməsi başlayıb


18:45     27 Yanvar 2020 1398947325_mehkeme.jpg

Gəncə Ağır Cinayətlər Məhkəməsində qadını avtomobillə vurub öldürərk hadisə yerindən qaçmaqda təqsirləndirilən Namiq Mədədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Femida.az-ın xəbərinə görə, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 28-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, ötən il sentyabrın 21-də, saat 19 radələrində Gəncə şəhəri, Nizami prospektində “Vaz 21074” markalı 99 NA 506 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən naməlum şəxs yolu keçmək istəyən piyada Gəncə şəhər sakini, 1968-ci il təvəllüdlü Süsən Hüseynovanı vuraraq öldürüb, daha sonra sürücü hadisə yerindən qaçıb.

Fakt üzrə Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin (CM) 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisə vaxtı qeyd edilən avtomobilin sürücülük hüququ olmayan 1991-ci il təvəllüdlü, Gəncə şəhər sakini Mədədov Namiq Ağasəf oğlu tərəfindən idarə edilərək yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozmaqla törədilməsinə, eləcə də onun hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edildiyindən cinayət işi CM-nin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrinə tövsif edilib.

N.Mədədov sentyabrın 22-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 769