Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib


21:13     27 Yanvar 2020 derman-1-tibfjfj.jpg

Qax rayonunda 4 yaşlı uşaq dərmandan zəhərlənib.

Femida.az -ın məlumatına görə, Cəlayir kənd sakini, 2016-cı il təvəllüdlü İbrahimli Bəhruz Əvəz oğlu zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub və Reanimasiya şöbəsinə yerləşdirilib.

Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 809