Neftçalada qəza - Maşınlardan biri yandı


09:01     28 Yanvar 2020 minik%20masini.jpg

Neftçala rayonunda baş vermiş avtoqəza zamanı nəqliyyat vasitələrindən biri yanıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə zamanı “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub.

Nəticədə "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 372