Bərdədə 2 ədəd əl qumbarası tapılıb
09:16 28 Yanvar 2020
2020-ci il 27 Yanvar tarixində saat 18:54-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 18:55-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə şəhəri, Kərpic zavodu adlanan ərazidə 2 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bərdə rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd boş vəziyyətdə F-1 əl qumbarası aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əl qumbaralarının ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Femida.az
Oxunub: 718
Oxşar xəbərlər
- Bərdədə narkotacirlər saxlanılıb
- Bərdədə 6 yaşlı uşaq qəflətən ölüb
- Bərdədə qadının evi yandırılıb, azyaşlı qızı isə bıçaqlanıb
- Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
- Bərdədə qohumunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin ibtidai istintaqı yekunlaşıb
- Bərdədə oğul atasını qətlə yetirib
- Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO
- Bərdədə qadın narkotacir saxlanılıb
- DİN Bərdədə zibillikdə tapılan qadınla bağlı açıqlama yayıb
- Bərdədə 24 yaşlı oğlan kanalda batıb