Dünya Bankının mütəxəssisləri Vəkillər Kollegiyasında


09:23     28 Yanvar 2020 20_01_28_1580189062.jpg


Dünya Bankının ölkəmizdə həyata keçirilən “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi” üzrə missiyası Vəkillər Kollegiyasında olub.

Femida.az bildirir ki, Dünya Bankının mütəxəssisləri xanım Eva Melisin rəhbərlik etdiyi missiyanın əsas məqsədi həyata keçirilən layihənin icrası üzrə əldə olunan irəliləyişlərin nəzərdən keçirilməsi və qeyd olunan layihəyə əlavə maliyyələşdirmənin hazırlanması işlərinə başlanılmasından ibarətdir.

Qonaqları salamlayan Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədr müavini Pərviz Ələkbərov “Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu layihəsi”nin ölkəmizdə vəkilliyin inkişafına dəstək verilməsində rolunu vurğulayaraq Layihə çərçivəsində gələcəkdə vəkillərin “Elektron-məhkəmə sistemi” üzrə davamlı tədrisi, habelə vəkillərin işlərinin idarə olunması üzrə “Elektron-vəkil” proqram təminatının yaradılmasının zəruriliyini bildirib. Daha sonra Pərviz Ələkbərov son illər ərzində ölkəmizdə vəkillərin sayının artırılması, vəkillərin regionlarda fəaliyyətə təşviq edilməsi, vəkil qurumlarının müasir standartlara uyğun olaraq təşkili sahəsində görülmüş işlər barəsində məlumat verib.

Femida.az

Açar sözlər: #vəkil   #kollegiya   #hüquq   #femida  

Oxunub: 1010