Ruhi əsəb xəstəsi tapıldı


10:27     28 Yanvar 2020 2020/01/c41e0422-5355-472e-82b6-af7d47104ce4_1580192893.jpg

Bakıda itkin düşən ruhi əsəb xəstəsi tapılıb.


Femida.az-ın xəbərinə görə, hadisə yanvarın 25-də, saat 20 radələrində, paytaxtın Nərimanov rayonu ərazsində qeydə alınıb.

Belə ki, 1958-ci il təvəllüdlü, ruhi əsəb xəstəsi T.Rza yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra T.Rzanın yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində T.Rza tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 617