Ötən il 920 mindən çox “ASAN Viza” verilib


12:28     28 Yanvar 2020 20_01_28_1580200222.jpg


2019-cu il ərzində 920 mindən çox “ASAN Viza” verilib.


Femida.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu günə qədər, ümumilikdə, 1 877 835 viza verilib və onlardan da 619 249-u hava limanında verilmiş vizadır.

Ü.Mehdiyev həmçinin deyib ki, 2019-cu il ərzində rəy toplanmış müraciətlərin sayı 5 milyona yaxındır: "Bu müraciətlərin 54 faizini təşkil edir. Rəylərə əsasən, məmnunluq səviyyəsi 99,3 faiz olub".

Femida.az

Açar sözlər: #ASANViza  

Oxunub: 612