İki nəfərdə silah aşkarlanıb


12:31     28 Yanvar 2020 ov-tufengi.jpg

Bakı və Qəbələ sakinlərində tüfəng aşkarlanıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, daxil olan məlumat əsasında Əlahiddə Çevik Polis Alayı və Daxili Qoşunlar Baş İdarəsinin əməkdaşları tərəfindən Nardaran qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Əliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə baxış zamanı oradan “Cometa-100” markalı pnevmatik tüfəng aşkar edilərək götürülüb və 42-ci Polis Bölməsinə təhvil verilib.

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vəndam qəsəbə sakini M.Məmmədovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 553