Bakıda dövlət əmlaklarını oğurlayan şəxslər tutulub


12:50     28 Yanvar 2020 20_01_28_1580201465.jpg

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Femida.az-a verdiyi məluamta görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıb.

Ətraflarında aparılmış tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və Bakı Telefon MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 590