Rus səfir Türkiyə XİN-nə çağırıldı


04:23     27 Noyabr 2015 disisleri.jpg

Rusiyanın Ankaradakı səfiri Andrey Karlov Türkiyənin Rusiyadakı diplomatik missiyaları qarşısında keçirilən etiraz aksiyaları ilə əlaqədar Türkiyə XİN-nə çağırılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN bəyanatında bildirilir.


“Biz son günlər Rusiyada yerləşən diplomatik missiyalarımıza və şirkətlərimizin nümayəndəliklərinə etiraz aksiyası bəhanəsi ilə hücumların törədildiyini təəssüflə müşahidə edirik. Aksiyalar başladıqdan dərhal sonra Rusiyadakı diplomatik missiyalarımız Rusiyanın müvafiq orqanlarına müraciət edərək təhlükəsizliyin təmin olunması ilə bağlı əlavə tədbirlərin görülməsini tələb ediblər”, deyə bəyanatda qeyd olunub.

Sənəddə qeyd olunur ki, diplomatik missiyaların təhlükəsizliyini təmin etmək hər bir ölkənin öz üzərinə götürdüyü öhdəlikdir.

Rusiyanın Ankaradakı səfirliyinin mətbuat katibi İqor Mityakov aəfir Andrey Karlovun XİN-ə çağırıldığını təsdiqləyib, lakin görüşlə bağlı təfərrüatları bildirməyib.

Açar sözlər:

Oxunub: 1178