Ombudsman Aparatının əməkdaşları gender zorakılığı ilə bağlı tədbirdə iştirak ediblər
14:29 28 Yanvar 2020
Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gender zorakılığı - cəmiyyətimizin faciəsi” adlı layihə çərçivəsində növbəti tədbir keçirilib.
Ombudsman Aparatının mətbuat xidmətindən Femida.az-a verilən məlumata əsasən, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun rəhbəri Rəna Fərəcova, Ombudsman Aparatının əməkdaşları Vəfa Verdiyeva və Lamiyə Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquq şöbəsinin baş məsləhətçisi, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi, həmin rayonun digər tam orta məktəblərinin direktorları, müəllimləri, məktəblilər və valideynlər iştirak ediblər.
Ombudsman Aparatının nümayəndəsi Lamiyə Zeynalova tədbirdə çıxış edərək, qadın və uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə, gender bərabərliyinin təmin olunması məsələlərinə Müvəkkil tərəfindən daim diqqət yetirildiyini vurğulayıb. Bununla yanaşı, məişət zorakılığı, erkən evlilik və təhsildən yayınma kimi mənfi halların qarşısının alınması sahəsində maarifləndirmə ilə bağlı Ombudsmanın çoxşaxəli fəaliyyəti, həmçinin uşaq hüquqlarının pozulması halları ilə bağlı 24 saat ərzində xidmət göstərən 916 nömrəli qaynar xətt barədə ətraflı məlumat verilib. Ombudsman Aparatının uşaq hüquqları ilə bağlı nəşrləri məktəbə təqdim edilib.
Tədbirdə məktəblilərin gender əsaslı zorakılıq mövzusuna həsr olunmuş rəsm əsərləri və səhnəciklər nümayiş etdirilib. Sonda bəhs olunan layihənin həyata keçirilməsində fəal iştirak edən məktəblilər Sabunçu Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunublar.
Femida.az
Oxunub: 875
Oxşar xəbərlər
- Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb
- Ombudsman Rusiyada erməninin azərbaycanlı həkimə xəsarət yetirməsini pisləyib
- Ombudsman erməni terrorçunun Azərbaycan hərbçilərinə qumbara atmasını pisləyib
- Ombudsman İmişlidə 11 yaşlı qızın zorlanmasına münasibət bildirib
- Ombudsman Bolqarıstan rəsmisini Ermənistan cinayətləri ilə bağlı məlumatlandırıb
- Ombudsman Ermənistanın cinayətləri ilə bağlı dünya birliyinə müraciət edib
- Ombudsman Gəncə terrorunun ildönümü ilə bağlı bəyanat yayıb
- Ombudsmanlar azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
- Ombudsmanlar Şuşada səfərdədilər
- Ombudsman Aparatına yeni mətbuat katibi təyin olunub