FHN rəhbərliyi vətəndaş qəbulu keçirəcək


14:51     28 Yanvar 2020 teleqraf.com1418739597FHN%20peshe%20bayrami_32.JPG


Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək.

Femida.az xəbər verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən 31 yanvar 2020-ci il tarixində Yevlax şəhərində, Nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında saat 11.00-dan Yevlax rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 30 yanvar 2020-ci il tarixində Aran Regional Mərkəzinin inzibati binasında saat 09.00-da başlayacaq.

​Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Ragim Lətifov tərəfindən 31 yanvar 2020-ci il tarixində Mingəçevir şəhərində, Heydər Əliyev Mərkəzinin binasında saat 11.00-dan Mingəçevir şəhəri sakinlərinin və həmin şəhərdə məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 31 yanvar 2020-ci il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-da başlayacaq.

​Azərbaycan Respublikası Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev tərəfindən 31 yanvar 2020-ci il tarixində Ağdaş şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11.00-dan Ağdaş rayonu sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı 31 yanvar 2020-ci il tarixində Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

​Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. ​Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]


Femida.az

Açar sözlər:

Oxunub: 647