Güləş üzrə dünya çempionumuz Rusiyada faciəvi şəkildə öldü - FOTO
14:58 28 Yanvar 2020
Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb.
Femida.az “oxu.az”-a istinadən xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib.
Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub.
Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib.
Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.
Oxunub: 643
Oxşar xəbərlər
- Güləşçimiz dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
- Güləşçimiz erməniyə qalib gələrək dünya çempionu oldu
- Güləşçimiz Zaur Əliyev Avropa çempionu oldu
- Güləşçimiz Avropa çempionu oldu - VİDEO
- Güləşçimiz ermənini məğlub etdi
- Güləşçisi dünya ikincisi oldu
- Güləşçilərimiz Rusiyada iki medal qazanıblar
- Güləşçimiz yarımfinala yüksəlib
- Güləşçimiz erməni dünya çempionunu məğlub etdi
- Güləşçilərimiz “Qran-pri”də 6 medal qazandı